Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yeni il ərəfəsində Xankəndiyə turist axını var

31.12.2024 [15:08]

Xəbərin mətni

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi şəhərindəki Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir. Şəhər yeni ilin gəlişi ilə bağlı bayramsayağı bəzədilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.