CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar DİN tərəfindən ölkədə təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır
31.12.2024 [16:20]
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları avtomobil yollarında və insanların sıx toplaşdığı məkanlarda təhlükəsizliyinin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.