CƏMİYYƏT
Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı yazılıb
31.12.2024 [17:27]
Xəbərin mətni
Qazaxıstanda Aktau şəhəri yaxınlığındakı təyyarə qəzasında həlak olanların xatirəsinə qazax və Azərbaycan dillərində mahnı yazılıb. AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, musiqisinin müəllifi Renat Qaysin, sözləri Daniyar Aldabergen və Elmira Dehqaninindir. Xatırladaq ki, AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.