CƏMİYYƏT
Bayram günlərində Şəki : tarix, turizm və təbiətin mükəmməl ahəngi!
31.12.2024 [17:55]
Xəbərin mətni
Artıq bir həftəlik bayram tətili günləri başlayıb. Bu müddətdə insanlar istirahətlərini daha mənalı təşkil etmək üçün yollar arayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tutanlar az olmayacaq. İlk növbədə isə tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara. Danılmaz faktdır ki, bu sırada Şəki ön sırada gəlir. Çünki bu qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Bəs Şəkidə bayram tətilinə necə hazırlıq görülüb?