Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub

01.01.2025 [02:11]

Xəbərin mətni

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi Naxçıvan şəhərində qeyd edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın dövlət və hökumət nümayəndələri, minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanında "Snowfest" çərçivəsində təşkil olunan bayram konsertini izləyiblər.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.

Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub. Muxtar respublika sakinləri 2025-ci ili həmrəy şəkildə, xoş ovqatla qarşılayıblar.