Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur

02.01.2025 [16:34]

Xəbərin mətni

Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. Hazırda fabrikdə günlük 900-1100 cüt məhsul istehsal olunur. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib. Elnur Allahverdiyev bildirib ki, fabrikə ümumi 12 milyon manat sərmayə qoyulub. Bütün avadanlıqlar Almaniyanın “Desma” markasına məxsusdur. Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.