Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nəsimi rayonunda əvvəllər məhkum olunmuş şəxs narkotiklə saxlanılıb

06.01.2025 [16:14]

Xəbərin mətni

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
2025-ci ilin ilk günlərində həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan 2 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və 4 kiloqrama yaxın marixuana aşkarlanıb.