CƏMİYYƏT
Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir
07.01.2025 [00:00]
Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini - Milad bayramını qeyd edirlər. AZƏRTAC xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır.