DÜNYA
Çindəki 6,8 bal gücündə zəlzələ nəticəsində 53 nəfər ölüb
07.01.2025 [11:46]
Xəbərin mətni
Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.
AZƏRTAC rayonun fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib.