CƏMİYYƏT
Nic qəsəbəsində Milad bayramı qeyd olunub
07.01.2025 [14:02]
Xəbərin mətni
Dünya pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində bayram mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Alban-udi icmasının rəhbəri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri çıxış edərək, Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıblar.