Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Məsud Bərzani Türkiyədə səfərdədir

07.01.2025 [16:24]

Xəbərin mətni

İraqın kürd muxtar vilayətinin rəhbəri Məsud Bərzani Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bərzani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Onun daha sonra Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.