CƏMİYYƏT
Haker hücumlarına məruz qalan dövlət qurumu əməkdaşlarının sayı açıqlandı
07.01.2025 [18:33]
2024-cü ildə 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanı olub. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Nadir Novruzov bildirdi ki, kibertəhlükəsizlik və kibergigiyena qaydalarına riayət etməyən dövlət qurumlarının əməkdaşları müxtəlif təhlükələrlə qarşılaşa bilərlər. Həmçinin dövlət qurumlarının elektron xidmətlərindən istifadə edən vətəndaşların da haker hücumlarına məruz qalma ehtimalı var. Ötən il belə istifadəçilərin sayı 3800-ə qədər olub.