Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər Peşə liseyindən reportaj

08.01.2025 [16:08]

Xəbərin mətni

2024-2025-ci tədris ilində Kürdəmir Peşə Liseyinə 32 qrupa 27 ixtisas üzrə 640 tələbə qəbul olub və qrup sayının 50-yə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, liseydə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması istiqamətində iqtisadiyyatın tələbatına uyğun qısamüddətli təlimlər təşkil edilir. Yerli sakinlərlə bərabər, keçmiş məcburi köçkünlərə də dərzi, bərbər, vizajist, aşpaz peşələri və digər peşələr öyrədilir.