DÜNYA
Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb
09.01.2025 [16:20]
Xəbərin mətni
Çinin Tibet bölgəsində yanvarın 7-də baş verən güclü zəlzələdən sonra ərazidə 1211 afterşok qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibet (Sican) Muxtar Rayonunun səlahiyyətli qurumları açıqlama yayıb. Afterşokların ən güclüsü 4,4 bal gücündə olub. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir.