Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Hakan Fidan: Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri Suriyada 61 illik rejiminin çökməsi oldu

10.01.2025 [17:38]

Xəbərin mətni

Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri şübhəsiz ki, Suriyada əli qana bulaşmış 61 illik rejimə son qoyulması oldu. Bu gün biz tarixin doğru tərəfində olmağımızla fəxr edirik. Artıq Suriya xalqı yeni bir hekayə ilə üz-üzədir. Biz Suriyanın yenidən qurulması və gələcəyi üçün səylərimizi başlatmışıq. Türkiyənin xarici siyasətinin əsas oxu rifah və sülhdür. Suriya ərazisinin terrordan təmizlənməsi 2025-ci ilin əsas fəaliyyəti olacaq. Türkiyə terrorla ən effektiv mübarizə aparan ölkədir və bu işdə qərarlıdır.