CƏMİYYƏT
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
13.01.2025 [10:34]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.