CƏMİYYƏT
Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq
13.01.2025 [14:13]
Milli Hidrometeorologiya Xidməti yanvarın 14-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb. Xidmətdən AZƏRTAC-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq.