Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb

13.01.2025 [16:41]

Xəbərin mətni

Bərdədə avtomobilin qaz xəttinə çırpılması yanğına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mollaisalar kəndində baş verib. Yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb. Qəzadan sonra qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.