CƏMİYYƏT
İş tapmaqda çətinlik çəkən vətəndaşlara şad xəbər
13.01.2025 [18:30]
Şəhid ailəsinin üzvləri, əlilliyi olan şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar və bu kimi kateqoriyalardan olan vətəndaşların işlə təminatı asanlaşdırılır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Kvotadan əlavə iş yerlərinin yaradılması Qaydası” və Məqsədli proqramların həyata keçirilməsi Qaydası bununla bağlı yeni imkanlar açır. Bu qaydalar Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə əsaslanır. Mütəxəssislər hesab edir ki, bu təşəbbüs özəl sektorda yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. Həmin işlərə qəbul edilən vətəndaşların maaşlarının müəyyən bir hissəsi isə dövlət tərəfindən qarşılanacaq.