CƏMİYYƏT
Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub
14.01.2025 [12:42]
Yanvarın 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ADA Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Ədliyyə Könüllüləri İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən “Lex Camp” - qış düşərgəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Abiddin Hüseynov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olduğuna diqqət çəkib: “Bu çərçivədə Ədliyyə Nazirliyi tərəfindən yeni və fərqli mövzularda tədbirlərin keçirilməsi planlaşdırılır. Ədliyyə Könüllüləri isə öz fəaliyyətlərində yeni aktiv fazaya keçəcəklər.