Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Polis Bakıda 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarladı

14.01.2025 [13:15]

Xəbərin mətni

Nərimanov Rayon Polis İdarəsinin və ərazi Polis Şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah-sursatın əməliyyat və profilaktik tədbirlərlə aşkar edilməsi istiqamətində əməliyyatlar keçiriblər.
Tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.