Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlanıb

15.01.2025 [11:03]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb.