Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Koreya Prezidenti həbs edilib

15.01.2025 [13:25]

Xəbərin mətni

Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.
Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir.