Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

16.01.2025 [11:29]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 32 ailə - 153 nəfər köçürülüb.