Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Vaşinqton Trampın andiçmə mərasiminə hazırlaşır

16.01.2025 [11:43]

Xəbərin mətni

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın inaqurasiya mərasiminə hazırlıq işləri gedir. AZƏRTAC xəbər verir ki, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Həmin vaxt həm də ABŞ-da Martin Lüter Kinq gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Paytaxt Vaşinqtonun bütün küçələrində ABŞ bayrağı asılıb. Tədbirin keçiriləcəyi ABŞ Konqresinin yerləşdiyi Kapitol binasının qərb həyətində tədbir üçün son tamamlanma işləri gedir, təhlükəsizlik tədbirləri gücləndirilir, müxtəlif yerlərdə ekranlar quraşdırılır.