CƏMİYYƏT
Gəncədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib
16.01.2025 [15:29]
Xəbərin mətni
Gəncə şəhərində Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə layihəsi çərçivəsində Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələri, eləcə də region üzrə dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər.