CƏMİYYƏT
Əməliyyat olunan Nəriman Həsənzadə evə buraxılıb
16.01.2025 [15:54]
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələridən biri, Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub. O uzun müddətdir şiddətli ürək döyüntüsündən əziyyət çəkirdi. Bazar günü qəflətən halı pisləşən dramaturq xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən şairin hazırda vəziyyəti qənaətbəxşdir.