CƏMİYYƏT
Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib
16.01.2025 [18:51]
Xəbərin mətni
Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Bakıda keçirilən görüşlərindən sonra işğaldan azad olunmuş ərazilərə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.