Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəkidə keçirilən seminar-müşavirədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

17.01.2025 [15:25]

Xəbərin mətni

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində yanvarın 17-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub.