Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib

17.01.2025 [17:58]

Xəbərin mətni

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir yanvarın 17-də baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirilib.