DÜNYA
Berlində 89-cu “Beynəlxalq Yaşıl Həftə” sərgisi işə başlayıb
17.01.2025 [19:14]
Xəbərin mətni
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq məhsulları sahələrində dünyanın ən mötəbər sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 26-dək davam edəcək sərgidə iştirak üçün 300 min nəfər qeydiyyatdan keçib.
Ümumi sahəsi 119 min kvadratmetr olan sərgidə 60 ölkədən 1400 istehsalçı öz məhsullarını nümayiş etdirir.