Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

17.01.2025 [20:35]

Xəbərin mətni

Biz Qarabağa səfər zamanı müharibə vaxtı çoxlu sayda dağılmış evləri gördük. Bu mənzərə bizi çox kədərləndirdi. Biz, eyni zamanda gördük ki, zəhmətkeş və qəhrəman Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə müsahibə verən “Dongfang Electronics Corporation”un baş direktor müavini Şitan Cao söyləyib.

"Biz yeni tikilən yolları, yeni tikilən yaşayış yerlərini, bərpaolunan enerji və elektrik sistemlərini gördük. Bu Azərbaycan xalqının və Prezident İlham Əliyevin əldə etdiyi böyük nailiyyətdir", - deyə o bildirib.