Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Kiyevə raket hücumu olub, ölənlər var

18.01.2025 [11:46]

Xəbərin mətni

Yanvarın 18-də səhər saatlarında Rusiya ballistik raketlə Kiyevə hücum edib. Hücum yanğınlar və insan tələfatı ilə nəticələnib. AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata görə, yerli vaxtla saat 05:50-də hava hücumu siqnalı çalınıb və hava hücumundan müdafiə sistemi işə düşüb. Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində məlumat verib ki, raket hücumu nəticəsində paytaxtın Şevçenko rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Hadisə yerinə bütün bölmələr göndərilib. Sonradan məlum olub ki, azı dörd nəfər həlak olub.