CƏMİYYƏT
Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb
18.01.2025 [11:55]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə AZƏRTAC-a FHN-dən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.