Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Qəhramanın atasından oğurlanan pullar geri qaytarıldı

18.01.2025 [15:38]

Xəbərin mətni

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən olunub, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.