DÜNYA
Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir
18.01.2025 [16:28]
Xəbərin mətni
Kiyevə edilən ballistik raket hücumu nəticəsində şəhərin mərkəzi hissəsi, “Lukyanovka” metrosu ətrafına ciddi ziyan dəyib. AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin məlumatına görə, zərərsizləşdirilən raketlərin qalıqları metro ətrafında olan hündürmərtəbəli yaşayış binalarına, iaşə obyektlərinə, restoranlara ziyan vurub. Raketin qalığı yolda 4-5 metr dərinliyində yarıq yaradıb.