Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxsin saxlanılma anı

19.01.2025 [11:28]

Xəbərin mətni

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.