Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb

19.01.2025 [19:43]

Xəbərin mətni

Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş “#20JANUARY” adlı fləşmob keçirilib. AZƏRTAC xəbər verir ki, bu barədə ATGTİ-dən bildirilib. Fləşmobda Bakı və Sumqayıtda fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) 4 minə yaxın fəal tələbəsi iştirak edib.