Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20.01.2025 [11:04]

Xəbərin mətni

Vaşinqtonda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.