CƏMİYYƏT
Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib
20.01.2025 [14:20]
Xəbərin mətni
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Ağdam şəhərində də anılıb. Faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə çalışan şirkət və qurumların işçiləri iştirak ediblər.