CƏMİYYƏT
İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub
20.01.2025 [14:39]
Xəbərin mətni
Xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümündə faciə qurbanlarının xatirəsi İmişli rayonunda da izdihamla anılıb. İmişli rayonunda yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub. Ziyarət zamanı xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.