Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20.01.2025 [14:52]

Xəbərin mətni

Hər il olduğu kimi, 20 Yanvar faciəsinin 35-ci ildönümü günündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissi ilə xatırlayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə qanlı və şanlı səhifə kimi yazılıb.
AZƏRTAC-ın əməkdaşları da yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıb, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.