CƏMİYYƏT
FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb
20.01.2025 [15:08]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın çevik müdaxilə sayəsində yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.