Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

20.01.2025 [15:12]

Xəbərin mətni

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov 20 Yanvar tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb, Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinə gedən yolda xüsusi yeri olduğunu bildirib.

Bölmənin digər videoları