SİYASƏT
İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2025 [16:15]
Xəbərin mətni
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin önündə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov 1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları gülləbarana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib.