Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2025 [16:38]

Xəbərin mətni

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, siqnallar verilib.