SİYASƏT
20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb
20.01.2025 [17:36]
Xəbərin mətni
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib və qəbirləri üzərinə əklil qoyublar.