CƏMİYYƏT
20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub
20.01.2025 [22:47]
Xəbərin mətni
Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 35 il ötür. Ümumxalq Hüzn Günü Şirvan şəhərində böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülərək, ruhlarına dualar oxunub.