Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabirabadda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

21.01.2025 [10:49]

Xəbərin mətni

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əliş Hüseynovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan satış məqsədilə əldə etdiyi, ümumilikdə, 1 kiloqrama yaxın narkotik vasitələr olan metamfetamin, marixuana və psixotrop tərkibli həblər aşkar edilərək götürülüb.