SİYASƏT
Səfir: Ölümündən sonra da olsa, Qanlı Yanvarın günahkarlarının məhkum edilməsinə nail olmalıyıq
21.01.2025 [12:05]
Xəbərin mətni
Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rəsmi hissədən əvvəl Azərbaycanın səfiri Rəhman Mustafayev, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və diplomatik missiyanın əməkdaşları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) və Azərbaycan diasporunun təmsilçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bannerin önünə gül dəstələri qoyub, həmin qanlı gecədə həlak olanların xatirəsini ehtiramla yad ediblər.